"Əl-Nəsr"dən Ronaldoya xüsusi hədiyyə

Sep 14, 2024 - 09:43
 0
"Əl-Nəsr"dən Ronaldoya xüsusi hədiyyə

“Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatının 3-cü turunun “Əl-Əhli” ilə oyunundan (1:1) əvvəl hücumçusu Kriştiano Ronaldoya xüsusi hədiyyə verib.

Qol.az xəbər verir ki, klub 39 yaşlı forvarda üzərində 900 nömrəsi və GOAT yazısı olan köynək hədiyyə edib. Səudiyyə Ərəbistanı təmsilçisi GOAT yazısı ilə Ronaldonun tarixin ən böyük futbolçusu olduğu mesajını verib. 

Qeyd edək ki, Ronaodo UEFA Millətlər Liqasının 1-ci turunun Xorvatiya ilə oyununda fərqlənərək karyerasında rəsmi matçlarda 900-cü qolunu vurub.

O, daha sonra UEFA Millətlər Liqasının 2-ci turunun Şotlandiya ilə oyununda (2:1 fərqlənib. Ronaldo karyerasında “Sportinq”də 5, “Mançester Yunayted”də 145, “Real”da 450, “Yuventus”da 101, “Əl-Nəsr”də 68, millidə isə 132 qol vurub. Hücumçu futbol tarixinin, milli komandaların, Avropa çempionatının, Çempionlar Liqasının və Klublararası Dünya Çempionatının ən yaxşı bombardiridir.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow