Ançelotti Rodriqonun qalmaqallı postuna belə reaksiya verdi

Aug 23, 2024 - 19:57
Aug 24, 2024 - 23:02
 0
Ançelotti Rodriqonun qalmaqallı postuna belə reaksiya verdi

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti komandanın vingeri Rodriqonun "WhatsApp"da post paylaşaraq durumundan narazılıq etməsinə münasibət bildirib.

Fanat.az xəbər verir ki, italiyalı mütəxəssisin dediklərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:

"Rodriqo ilə bu həftə danışmışam və niyə belə etdiyini soruşmuşam. Rodriqo dedi ki, belə bir şey yazmayıb. O, Madriddə xoşbəxtdir. Öz işini çox yaxşı görür. Hər hansı problemimiz yoxdur".

Xatırladaq ki, 23 yaşlı oyunçu yazdığını silsə də, "The Athletic" həmin postu məhz Rodriqonun paylaşdığını vurğulayıb.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow