Kurskda USQ hücumunda dağılmış evlərə görə kompensasiya veriləcək

Aug 23, 2024 - 20:00
 0
Kurskda USQ hücumunda dağılmış evlərə görə kompensasiya veriləcək

Ukrayna ilə həmsərhəd rayonların sakinləri Ukrayna Silahlı Qüvvələrinin (USQ) hücumları nəticəsində dağılan evlərə görə tam kompensasiya alacaqlar. 

Qaynarinfo xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Marat Xusnullin RT-yə müsahibəsində deyib.

O dəqiqləşdirib ki, hər bir rayon üzrə hər kvadratmetrin qiyməti Tikinti Nazirliyi tərəfindən təsdiqlənib və ona uyğun vəsait ödəniləcək.

Baş nazirin müavini xatırladıb ki, 10 min rubl birdəfəlik ödəniş də var.

Bir gün əvvəl Xusnullin bildirmişdi ki, Kursk vilayətində təxminən 2,6 min ailə Ukrayna Silahlı Qüvvələrinin atəşə tutması nəticəsində mənzillərinin itirilməsi və ya zədələnməsi ilə bağlı dəstək ala biləcək.

Həmçinin, baş nazirin müavini Denis Manturov bəyan edib ki, hökumət sərhəd bölgələrində yaşayan və əmlakını itirmiş sakinlərə dəstək vermək üçün 858 milyon rubl ayıracaq.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow