Məşhur sərnişindaşıma şirkətləri arasında məhkəmə çəkişməsi

Aug 23, 2024 - 21:24
 0
Məşhur sərnişindaşıma şirkətləri arasında məhkəmə çəkişməsi

Bakıda fəaliyyət göstərən 2 aparıcı daşıyıcı şirkət məhkəmədə qarşı-qarşıya gələcək.

Yeniavaz.com xəbər verir ki, paytaxt ərazisində 18, 61, 65, 79, 85, 96 saylı marşrut xətlərinin sahibi olmuş “Xaliq Faiqoğlu” MMC 202, 133, 108, 165 saylı marşrut xətlərinə sahib olmuş “Çinar-Trans” barəsində məhkəmə iddiası qaldırıb.

Bakı Kommesiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatına verilən iddia mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələrlə bağlıdır.

Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 50 manat olan “Xaliq Faiqoğlu” MMC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. “Xaliq Faiqoğlu” MMC-nin uzun müddət dövlət büdcəsinə böyük həcmdə vergi borcu olub. Hazırda isə “Xaliq Faiqoğlu” MMC-nin 125 min 639 manat 26 qəpik vergi borcu var. Bu şirkətə rəhbərlik edən Seyidov Faiq Sadıq oğlu eyni zamanda “Xaliq Faiqoğlu” MMC-nin tabe olduğu “Safa Holdinq”ə də rəhbərlik edir. “Xaliq Faiqoğlu”dan başqa “Safa Holdinq”in tərkibində “Safa Plaza”, “Safa Beauty and Spa”, “Safa Restoran”, “Safastore” və “Safa İnşaat” da fəaliyyət göstərir.

“Çinar-Trans” MMC isə 29 iyul 2002-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Faiq Yusifov, ev 45A, m. 72-də yerləşir. MMC-nin qanuni təmsilçisi Hüseynov İsmayıl Yaqub oğludur.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow