Ukrayna Silahlı Qüvvələrinin Ali Baş komandanı: Pokrovsk cəbhəsində döyüşlər “fövqəladə çətin”dir

Aug 30, 2024 - 13:16
 0
Ukrayna Silahlı Qüvvələrinin Ali Baş komandanı: Pokrovsk cəbhəsində döyüşlər “fövqəladə çətin”dir

Ukrayna silahlı qüvvələrinin Baş komandanı Aleksandr Sırski cümə axşamı bildirib ki, o, bir neçə gün şərqi Pokrovsk cəbhəsində olub və oradakı döyüşləri “fövqəladə ağır” adlandırıb.

Son aylarda Rusiya davamlı olaraq Pokrovsk strateji mərkəzinə doğru irəliləyir.

Ukraynanın avqustun 6-da Rusiyanın qərbindəki Kursk bölgəsinə qəfil müdaxiləsindən sonra hücumlar səngiməyib. Prezident Vladimir Zelenski bildirib ki, Pokrovsk bölgəsində vəziyyət “son dərəcə ağırdır” və Kiyev öz mövqeyini möhkəmləndirməyə davam edəcək.

“Döyüş son dərəcə şiddətlidir, düşmən hərəkət edə və hücuma keçə bilən hər şeyi döyüşə ataraq müdafiəmizi yarmağa çalışır”, - komandir Sırski Facebook-da yazıb.

Onun sözlərinə görə, ən şiddətli toqquşmalar Pokrovsk şəhərindən təxminən 10 km (6,2 mil) aralıda yerləşən Krasnıy Yar ərazisində baş verib.

Sırski əlavə edib ki, şəhəri Konstantinovka ilə birləşdirən strateji magistraldan 9 km (5,6 mil) az məsafədə yerləşən Qrodovka kəndinin şərq kənarı da intensiv hücumlara məruz qalıb.

Ukrayna Baş Qərargahı bildirib ki, günün əvvəlindən Pokrovsk istiqamətində 23 toqquşma baş verib.

Zelenski cümə axşamı “Telegram”da bildirib ki, onun yüksək hərbi rəhbərliyi “xüsusi müdafiə hərəkətləri”nin də müzakirə edildiyi görüş zamanı ona vəziyyət barədə məlumat verib.

O, əlavə edib ki, ayrıca görüşdə Ukrayna istehsalı olan uzaqmənzilli silahlar, eləcə də Kursk qövsündə əməliyyat müzakirə olunub.

“Əməliyyat tapşırıqları yerinə yetirilir”, o əlavə edib.(Turan)

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow