Vasif Talıbov sosial şəbəkələrdə (FOTO)

Aug 26, 2024 - 12:39
 0
Vasif Talıbov sosial şəbəkələrdə (FOTO)

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin keçmiş sədri Vasif Talıbov "Facebook"a gəlib. 

Qaynarinfo xəbər verir ki, keçmiş Ali Məclis sədrinin "Facebook" hesabı avqustun 11-də yaradılıb. 

Elə həmin gündən də paylaşımlar edilib. Paylaşımlar əsasən Vasif Talıbovun keçmiş fəaliyyət dövrünü əhatə edir. 

Məlumata görə, profili Vasif Talıbovun özü idarə etməsə də, paylaşımlar onunla razılaşdırılır. 

Eyni zamanda məlum olub ki, keçmiş Ali Məclis sədrinin adına "Instagram", X və "TikTok" platformalarında da hesab yaradılıb. 

Qeyd edək ki, Vasif Talıbov 1995-2022-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olub.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow