Yerevan Sünik yolunun açılmasını sabotaj edir - Lavrov

Aug 20, 2024 - 17:07
 0
Yerevan Sünik yolunun açılmasını sabotaj edir - Lavrov

Ermənistan tərəfi Sünikdən keçən yolun açılmasına mane olur. Bu barədə RF XİN başçısı Sergey Lavrov avqustun 19-da Bakıda Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsinin vəziyyəti haqqında suala cavabda bildirib.

"Əminik ki, əsas Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci illərdə əldə etdiyi üçtərəfli razılaşmalara riayət etməkdir.

Biz sülh müqaviləsinin ən qısa zamanda bağlanmasının və kommunikasiyaların açılmasının tərəfdarıyıq. Çox təəssüf ki, Ermənistanın Sünik rayonundan keçən kommunikasiyalara gəlincə, məhz Ermənistan rəhbərliyi altında baş nazir Paşinyanın imzası olan razılaşmanı sabotaj edir", deyə Lavrov RF Birinci Telekanalının sualına cavabda bildirib.(Turan)

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow