“Zurabişvili faktiiki olaraq Gürcüstanın prezidenti deyil” – Kobaxidze

Sep 4, 2024 - 14:28
 0
“Zurabişvili faktiiki olaraq Gürcüstanın prezidenti deyil” – Kobaxidze

“Salome Zurabişvili konstitusiyanı pozduqdan sonra faktiiki olaraq Gürcüstanın prezidenti deyil”.

Yeniavaz.com xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

“Salome Zurabişvili Gürcüstanın prezidenti deyil. O, özü də Konstitusiya Məhkəməsinə iddia qaldırarkən onun legitimliyini tanıyıb. Və bu Konstitusiya Məhkəməsi Salome Zurabişvilinin qeyri-legitim prezident olduğunu müəyyən edib. O, konstitusiyanı pozan prezidentdir. Salome Zurabişvilinin formal olaraq prezident postunu saxlamasının yeganə səbəbi "Milli Hərəkat”ın (müxalif "Vahid Milli Hərəkat” partiyasının) dəstəyidir”, - Kobaxidze brifinqdə bildirib.

Onun sözlərinə görə, müxalifət parlamentdə Zurabişvilinin impiçmentinə etiraz etdikdən sonra o, Gürcüstanın prezidenti deyil, “Milli Hərəkat”ın prezidenti və “Milli Hərəkat”ın adi oyuncağı olub.

Qeyd edək ki, 2023-cü ildə Zurabişvili hökumət başçısının razılığı olmadan bir neçə xarici səfər edib. Konstitusiya Gürcüstan prezidentinə xarici siyasətdə nümayəndəlik funksiyalarını yalnız baş nazirin razılığı ilə həyata keçirməyə icazə verir. Bununla bağlı hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası prezidentin impiçmenti məsələsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib. Konstitusiya Məhkəməsi Zurabişvilinin vəzifəsindən kənarlaşdırılması təklifini dəstəkləyib, lakin hakim partiya impiçment elan etmək üçün parlamentdə kifayət qədər səsə malik olmayıb (150 səsdən azı 100). Müxalifət Zurabişvilinin impiçmentini dəstəkləməyib.

Xatırladaq ki, bundan əvvəl Zurabişvili parlamentin qəbul etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanuna qarşı Konstitusiya Məhkəməsinə iddia qaldırıb. Müxalifət, QHT və media da oxşar iddialarla çıxış edib.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow