Dünya

Dünyanın ən varlı şəxslərindən biri öz evində əsir alındı

Forbes dərgisinə görə dünyanın ən zəngin 45-ci adamı olan çinli biznesmen He Xianqjian öz evindən beş silahlı şəxs tərəfindən əsir alınıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, hadisə bazar günü 77 yaşlı milyarderin Foşan şəhərindəki evində baş verib. He Xianqjian cinayətkarların əlindən qaçıb, evin qarşısındakı çayı üzərək keçən oğlu He Xianfenqin polisə məlumat verməsindən sonra xilas edilib.

Polis evə basqın təşkil edərək 5 nəfəri saxlayıb. Hadis nəticəsində yaralanan olmadığı bildirilib.

Qeyd edək ki, Mideoa elektrikli məişət əşyaları şirkətinin qurucusu olan He Xianqjianın sərvətinin 24 milyard dollardan çox olduğu deyilir.

Bənzər yazılar

Back to top button