Dünya
Saratovda dəhşətli isti: Yumurta günəşdə bişdi (VİDEO)
Şəhərdə 40 dərəcəlik istilik olduğunu görən Saratov sakini avtomobilinin kapotu üstdə qayğanaq bişirib.
Qaynarinfo xəbər verir ki, saratovlu Andrey Troşin “Vzglyad-info”ya avtomobilinin ön qapağının üstündə istiliyin 80 dərəcəyə yüksəldiyini bildirib:
“Belə olduğunu görəndə bir tava qoyub yumurta qayğanaq etmək qərarına gəldim, nəticə də belə alındı”, – şəhər sakini deyib.
Qeyd edək ki, Saratov bölgəsində bu günlərdə havanın temperaturu 35-40 dərəcədə arasındadır.