DünyaManşetSiyasət

Ermənistan Rusiyaya yaltaqlanmağa başladı: Rusiya güclü ordusu olan böyük bir ölkədir

Erməni bölmələri Rusiyanın bu ölkədə yerləşən 102-ci hərbi bazasının təlimlərində iştirak edəcəklər

AzToday.az “news.am” saytına istinadən xəbər verir ki, iyulun 17-də keçirdiyi mətbuat konfransında Vazgen Sarkisyan hərbi akademiyası rəisinin müavini, hərbi ekspert, Tavuş bölgəsində yaradılan böhran məlumat mərkəzinin rəhbəri Artsrun Hovhannesyan Rusiya Federasiyasının cənub və qərb hərbi rayonlarında keçiriləcək gözlənilməz hərbi təlimlərində Ermənistan silahlı qüvvələrinin bölmələrinin iştiraknı təsdiqləyib: “Ermənistan silahlı qüvvələri Rusiya Federasiyası Silahlı Qüvvələri ilə, xüsusən də 102-ci hərbi baza ilə həm Ermənistan ərazisində, həm də digər hərbi poliqonlarda mövcud hərbi təlimlər çərçivəsində birgə fəaliyyət göstərməlidir. Onların indiki siyasi hadisələrlə əlaqəsini şərh edə bilmərəm. 102-ci hərbi baza ilə bu genişmiqyaslı hərbi təlimlər zamanı Ermənistan Silahlı Qüvvələrinin kifayət qədər böyük qüvvələri iştirak edəcəkdir”.

Mətbuat konfransı zamanı Artsrun Hovhannesyan gözlənilmədən sanki Amerika kəşf etmiş kimi belə bir fikir səsləndirib: “Rusiya güclü ordusu olan böyük bir ölkədir”.

Beləliklə, aldığı ciddi zərbədən sonra və sərhəddəki təxribat zamanı Türkiyənin Azərbaycanı açıq şəkildə dəstəkləməsi Ermənistan rəhbərliyini Rusiyaya yaltaqlanmağa vadar edib. Halbuki son vaxtlar bu ölkədə anti-Rusiya əhvalının yüksək olduğu mühaşidə edilirdi. İndi isə Rusiyanın güclü ordusu olan böyük bir dövlət kimi təqdim olunması işğalçının növbəti yarınma siyasətinin göstəricisidir.

Ermənistan baş nazirinin Belarusa səfəri zamanı Rusiya baş naziri Mixail Mişustinlə görüşündə də bu ikiüzlü siyasətin şahidi olduq.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button