İdman

“Real” ürəyi “Barselona”da olan futbolçunu istəyir

İspaniya nəhəngləri “Real Madrid”lə “Barselona” gələn yay transfer bazarında PSJ-nin müdafiəçisi Presnel Kimpembe uğrunda ciddi mübarizə aparacaq.

Fanat.az xəbər verir ki, məlumatı “TodoFichaes” yayıb.

Futbolçu ilk olaraq “Real Madrid”in “radarına düşüb”. Məlumata görə, Madrid klubu artıq 28 yaşlı futbolçunun agenti ilə əlaqə saxlayıb.

Kimpembe isə öz növbəsində “Barselona”da oynamağı arzulayır. Mənbənin məlumatına görə, kataloniyalıların sükançısı Xavi də bu futbolçunu öz komandasında görmək istəyir. Sadəcə, “Barsa” hələ Kimpembeylə təmasa keçməyib.

Qeyd edək ki, Presnel Kimpembenin PSJ ilə hazırkı müqaviləsinin müddəti 2024-cü ilin iyun ayının sonuna kimidir. Yəni, yayda futbolçunu pulsuz əldə etmək mümkün olacaq.

Bənzər yazılar

Back to top button