Cəmiyyət

Ayın 27-dən hava yenə dəyişəcək – PROQNOZ

Yaxın bir neçə gündə Azərbaycan ərazisində havanın temperaturunda ciddi dəyişiklik gözlənilmir.

Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev Lent.az -a bildirib ki, avqustun 26-27-də bölgələrdə əsasən yağmursuz hava olacaq. Lakin ayın 27-də axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gündüz 25-30 dərəcə, dağlıq ərazilərdə isə 13-18 dərəcə isti olacaq.

Bakıda və Abşeron yarımadasında isə ayın 26-27-də dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti müşayət olunacaq.

Mülayim cənub küləyi əsəcək. Gündüz arabir güclənəcək. Temperatur gündüz saatlarında 25-29 arasında dəyişəcək.

Bənzər yazılar

Back to top button