Hadisə

Göyçayda kollecdə mənimsəmə ilə bağlı cinayət işi açıldı

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Göyçay Rayon Prokrurorluğu məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı 2018-ci ilin yanvarın 1-dən 2023-cü ilin dekabrınadək maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən kollecin vəzifəli şəxsləri tərəfindən balansda olan nəqliyyat vasitələrinə heç bir təmir işləri aparılmadan ehtiyyat hissələrinin və yanacağın əsassız olaraq məxaricə silinməsi, həmçinin yerinə yetirilməyən təmir və abadlıq işlərinin dəyərinin qəbul aktlarına daxil edilməsi və digər yollarla ümumilikdə 88 min manatdan artıq pul vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button