İdman

Mbappe Olimpiadaya qatılmayacaq – Makronun cəhdi fayda vermədi

Ulduz hücumçu Kilian Mbappe 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında Fransa millisinin heyətində olmayacaq.

Fanat.az xəbər verir ki, informasiyanı “El Partidazo de COPE” yayıb.

Xəbərə görə, 25 yaşlı fransız forvard avqustda baş məşqçi Karlo Ançelottinin rəhbərliyi altında “Real Madrid”in mövsümöncəsi təlim-məşq toplanışına qatılacaq .

Bundan əvvəl məsələ ilə bağlı Parisdə Fransa prezidenti Emmanuel Makron ilə “Real Madrid”in prezidenti Florentino Peres arasında danışıqlara dair məlumat yayılmışdı.

Kilian Mbappe yayda PSJ-dən ayrılacaq və dünya mediasının iddia etdiyinə görə, azad agent kimi “Real Madrid”ə keçəcək.

Bənzər yazılar

Back to top button