İdman

“Onlar bizdən yaxşı oynadılar” – Xabi Alonso

“Atalanta”nı təbrik etməliyik. Onlar bu gün bizdən yaxşı oynadılar”.

Fanat.az xəbər verir ki, bu sözləri Avropa Liqasının finalında Berqamo təmsilçisinə 0:3 hesabı ilə uduzan “Bayer Leverkuzen”in baş məşqçisi Xabi Alonso deyib.

İspaniyalı mütəxəssis ağır yenilgi barədə fikirlərini oyundan sonra keçirilən mətbuat konfransında bölüşüb:

“Biz öz oyunumuzu sərgiləyə bilmədik. Onlar isə intensiv çıxışla diqqət çəkdilər. Matça yaxşı köklənsək də, problemlərimiz var idi. Qol vəziyyətləri yarada bilmədik”.

Bənzər yazılar

Back to top button