Siyasət

Hakan Fidan: “Sülh müqaviləsinin bağlanması Cənubi Qafqaz üçün müsbət nəticələr verəcək”

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin tezliklə bağlanması bütün Cənubi Qafqaz üçün müsbət nəticələr verəcək.

Yeniavaz.com Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Türk Dövlətləri Parlament Assambleyasının sessiyasında çıxışı zamanı deyib.

O, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında mayın 11-də Almatıda keçirilən görüşdə sülh müqaviləsinin bağlanması üzrə danışıqların davam etdirilməsi ilə bağlı əldə olunmuş razılaşmaları alqışlayıb. Fidan qeyd edib ki, Türkiyə bundan sonra da Azərbaycan dəstəkləyəcək.

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması təkcə iki ölkə üçün deyil, həm də bütün region üçün müsbət nəticələr verəcək”, – türkiyəli nazir bildirib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 20-də Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı İrəvanla Bakı arasında sülh prosesinin gedişatını müsbət qiymətləndirib.

Bənzər yazılar

Back to top button