Dünya
Millət vəkili koronavirus şübhəsilə xəstəxanaya yerləşdirildi -(FOTO)
Fransa Milli Assambleyasının (parlament) deputatı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, millət vəkilinin koronavirusa yoluxduğuna dair şübhələr var.
Hal-hazırda Elzas bölgəsindən “Respublikanlar” partiyasını təmsil edən deputat tənəffüs yolları problemi ilə intensiv terapiya şöbəsində müalicə alır.
Onun koronavirusa yoluxub-yoluxmaması hələ müəyyən edilməyib.
Qeyd edək ki, həmin deputat son dəfə fevralın 25-i parlamentin iclasına qatılıb.
Xatırladaq ki, son məlumatlara əsasən Fransada koronavirusa yoluxanların sayı 420 nəfərdən çoxdur.
Onlardan yeddisi artıq dünyasını dəyişib.