İdman

Berbatov: “Təəccüblənirəm, Messi və Ronaldunun orda nə işi var?”

Bolqarıstan millisinin sabiq ulduzu Dimitar Berbatov 2020-ci ilin ən yaxşı futbolçusu adına namizədlərdən danışıb.

Fanat.Az xəbər verir ki, “The Best-2020” haqda fikirlərini bölüşən Berbatovun söylədiklərini “Marca” belə çatdırıb:

“Kriştianu Ronaldu və Lionel Messinin ilin ən yaxşı oyunçusu adına namizəd qismində finala yüksəlməsinə təəccüblənirəm. Bilmirəm, nəyə əsasən ordadılar. Təəssüf ki, futbol biznesdir. Agentlərin, mətbuatın və başqa amillərin təsiri dərhal hiss olunur. İlin ən yaxşı oyunçusu adını Robert Levandovski haqq edir. Bu, baş verməsə böyük ədalətsizliyə şahidlik edəcəyik”.

“The Best-2020” dekabrın 17-də onlayn formatda keçiriləcək. İlin ən yaxşı oyunçusu adı uğrunda ötənilki qalib Messi, Ronaldu və Levandovski mübarizə aparacaq.

Bənzər yazılar

Back to top button