İdman

Messi şou göstərdi – Argentinalı karyerasında ilk dəfə bunu reallaşdırdı

MLS-də 12-ci turun oyunları keçirilir.

Fanat.az xəbər verir ki, Lionel Messinin çıxış etdiyi “İnter Mayami” “Nyu York Red Bullz” komandası ilə qarşılaşıb.

Görüş ulduzların komandasının 6:2 hesablı qələbəsi ilə başa çatıb.

“İnter Mayami”nin kapitanı Lionel Messi bu oyunda bir qol vurub, 5 məhsuldar ötürmə edib. O, Luis Suaresin het-trik etməsinə yardım edib.

Beləliklə, argentinalı karyerasında ilk dəfə bir oyunda 5 məhsuldar ötürmə verib. Leo həmçinin, MLS tarixinə bir oyunda beş məhsuldar ötürmə edən ilk futbolçu kimi düşüb.

Bənzər yazılar

Back to top button