ManşetSiyasət

Separatçı rejim rus dilini dövlət dili elan etdi: Azərbaycan nə etməlidir?

Dağlıq Qarabağdakı separatçı rejimin “parlamenti” rus dilinin ikinci rəsmi dil elan olunmasını nəzərdə tutan “qanun layihəsi”ni ikinci oxunuşda qəbul edib.

AzToday.az erməni mediasına istinadən xəbər verir ki, 27 “deputat” “qanun layihəsi”nin lehinə səs verib, iki nəfər bitərəf qalıb, iki nəfər isə iclasa qatılmayıb.

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Qarabağda separatçılar rus dilini ikinci “rəsmi dil” elan etməsinə son bir ayda buna hazırlıq görürdü. Burada həm seprataçıların, həm də Rusiyanın maraqları var:

“Separatçıların oyunu:

– Qarabağdakı separatçı-terrorçuların qalıqları bununla Rusiyanın dəstəyini qazanmaq, bölgədə Bakının idarəetmə mexanizmləri işə düşəndə “sağ qalmaq” üçün bu addımı atır;

– Baş separatçı Araik bununla rusların gözünə girməyə çalışır, Balasanyanı ona alternativ kimi oynadan Moskvaya “qərarları verən mənəm” mesajı verir;

– Ermənistan hakimiyyəti Bakı-Moskva xəttində gərginlik yaratmaqla 10 noyabr razılaşmasının sona qədər icrasını uzatmaq istəyir;

Rusların oyunu: Moskva maraqlarına təhlükə yaranacağı təqdirdə – bölgədə mövcudluğu sual altına düşərsə – Bakı və Ankara qarşısında kartlarının sayını çoxaltmaq və istəyini almaq üçün güclü rıçaqlar formalaşdırmaq istəyir;

Prezident İlham Əliyev fevralın 26-da keçirdiyi mətbuat konfransında bununla bağlı bildirib:

– Bu, hazırda Azərbaycanın o bölgəsində qeyri-qanuni olaraq özlərini rəhbər adlandıranların manipulyasiyasıdır. Onlar orada suahili dilini də Qarabağın rəsmi dili elan edə bilərlər. Bunun heç bir təsiri və nəticəsi ola bilməz. Dağlıq Qarabağ mövcud deyil və hər kəs oranı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır. Düşünürəm, bu, onların, həmin cinayətkar xunta rejiminin son nəfəsidir, son cəhdləridir ki, guya onlar dövlətdirlər. Azərbaycanda yeganə rəsmi dil Azərbaycan dilidir və Azərbaycan ərazisində digər heç bir dilin rəsmi statusu ola bilməz.

Rəsmi Bakının mövqeyi açıqdır. Lakin bunun bölgədə atəşkəsə qarşı təxribat olduğunu əsas götürərək, məsələni Ankara və Moskvanın masasına daşımaq lazımdır.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button