Cəmiyyət

DTX Akademiyasında “magistratura” pilləsi yaradıldı

Baş nazir Əli Əsədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Akademiyasında magistr təhsili ilə bağlı qərar imzalayıb.

Qərarla Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında “magistratura” pilləsi yaradılıb.

Qərarda göstərilir ki, aldıqları ixtisasdan asılı olmayaraq ali təhsilli hərbi qulluqçular və hərbi vəzifəlilər Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının qəbul prosedurlarına uyğun olaraq magistraturaya qəbul oluna bilərlər.

Bənzər yazılar

Back to top button