İdman

“Ən azı iki il “Real”da qalacaq” – Agenti açıqladı

“Real”ın futbolçusu Qaret Beylin agenti Conatan Barnett uelsli futbolçunun gələcəyi ilə bağlı danışıb.

Qol.az “AS” nəşrinə istinadən xəbər verir ki, o, Beylin “Real”dan ayrılmaq fikrində olmadığını deyib:

“Zidan heç vaxt Beyldən bezməyib. Onun son oyunlarda iştirak etməməsini cənab Zidandan soruşun. Qaret Madriddəki həyatından məmnundur. Hər şey yaxşıdır. Ən azı daha iki il “Real”da qalacaq. Zidan və Beyl hazırda əla münasibətdədir”.

Qeyd edək ki, Beylin “Real”la müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Bənzər yazılar

Back to top button