Dünya

Qurbanqulu gedir, bəs yerinə kim gəlir?

Türkmənistanda martın 12-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

Bu barədə fevralın 12-də xarici KİV məlumat yayıb.

Bundan əvvəl “İnterfaks” xəbər yaymışdı ki, Prezident Qurbanqulu Berdımuhəmmədov öz postunu tərk edəcək.

Onun səhhətiylə əlaqədar kürsüsünü tərk edəcəyi və hakimiyyəti oğlu Sərdar Berdimuhəmmədova ötürəcəyi qeyd edilib.

Qurbanqulu Berdımuhəmmədov açıqlamasında yeni gənc nəslə yol verməyin əhəmiyyindən danışıb.

O həmçinin bildirib ki, bundan sonra Xalq Maslahatının (parlamentin yuxarı palatası) sədri kimi fəaliyyətini davam etdirəcək.

Türkmənistan Prezidenti iki il əvvəl peyğəmbərin yaşına çatdığını və bu gün özü ilə bağlı mürəkkəb qərar vermək istədiyini vurğulayıb.

Bənzər yazılar

Back to top button