İqtisadiyyat

“Avromed”in Cavanşir Feyziyevdən alınması rəsmiləşdi: Şirkətə yeni icraçı direktor təyin edilib

Kamran İsgəndərov “Avromed” QSC-nin yeni icraçı direktoru təyin edilib.

“Avromed”in yeni rəhbəri bu təyinata qədər 2018-ci ildən “Koka-Kola Kompani”nin Ukrayna və Moldova üzrə baş meneceri vəzifəsində çalışıb.

“Avromed”in əvvəlki icraçı direktoru Kamran Ağası bu vəzifəyə iki il əvvəl təyin edilib.

“Avromed” Azərbaycana dərman və tibbi ləvazimatların aparıcı idxalçılarından biridir. Ən böyük apteklər şəbəkəsinə malikdir, həmçinin dövlət satınalmaları üzrə dərman preparatlarının ilk beş tədarükçüsündən biridir.(Turan)

Bənzər yazılar

Back to top button