Dünya

Putindən ağlasığmaz iddialar və çağırışlar – O, Ukrayna hərbçilərini hakimiyyəti ələ keçirməyə çağırdı

Rusiya prezidenti Vladimir Putin Ukrayna ordusunun hərbçilərini hakimiyyəti öz əllərinə almağa çağırıb.

AzToday.az xəbər verir ki, Putin öz fikrini hərbçilərlə danışıqlar aparmağın “narkoman və neonasistlər dəstəsi” ilə danışıqlar aparmaqdan daha asan olacağı ilə əsaslandırıb.

“Hakimiyyəti öz əlinizə alın, Kiyevdə məskunlaşaraq bütün Ukrayna xalqını girov götürən bu narkoman və neonasist dəstəsi ilə barışmaqdansa sizinlə barışmaq bizim üçün daha asan olacaq”, – Rusiya lideri bildirib.

Ukrayna hərbçilərinə müraciət edən Putin onlardan nasistlərə rəhbərlik etməməyi, qadın və uşaqların canlı qalxan kimi istifadəsinə icazə verməməyi xahiş edib.

Prezidentin sözlərinə görə, Rusiya ordusunun əsas hədəfi Ukrayna silahlı qüvvələrinin nizami bölmələri deyil, Donbassdakı soyqırımına görə birbaşa məsuliyyət daşıyan, “xalq respublikalarında dinc əhalinin qanının tökən» millətçi birləşmələrdir.

“Ukraynanın nizami bölmələrinə daxil olan millətçi elementlər nəinki əzgərləri silahlı müqavimət göstərməyə təhrik edir, həm də özlərini faktiki olaraq, cəza batalyonlarının komandanları kimi aparırlar “, – prezident deyib.

Onun sözlərinə görə, bunu obyektiv müşahidələrin nəticələri də təsdiqləyir: “Biz bunu görürük, Bandera və neonasistlər böyük şəhərlərin, o cümlədən Kiyev və Xarkov da daxil olmaqla, ağır silahlar, o cümlədən çoxsaylı reaktiv raket sistemləri yerləşdirirlər. Onlar Rusiya zərbə sistemlərini yaşayış məntəqələrinə atəş açmağa vadar edirlər. Bununla da, onlar bütün dünyadakı terrorçular kimi hərəkət edirlər – insanların arxasında gizlənirlər ki, sonradan mülki əhalinin itkisinə görə Rusiyanı günahlandırsınlar. Məlumdur ki, bütün bunlar xarici məsləhətçilərin, ilk növbədə amerikalı müşavirlərin tövsiyəsi ilə baş verir”, – prezident vurğulayıb. (ovqat.com)

Bənzər yazılar

Back to top button