İdman

“Olimpiakos”un baş məşqçisi iddialı danışdı: “Bizim üçün həlledici matçdır”

“İlk oyunla müqayisədə heyətdə dəyişiklik olacaq. Üç futbolçumuz zədəli idi. Sabah oynaya bilərlər. Biz ən yaxşısını ortaya çıxarmağa çalışırıq. Hələ kimin oynayacağını dəqiq bilmirəm, amma bugünkü məşqdən sonra dəqiqləşəcək”.

Qol.az xəbər verir ki, bu sözləri Yunanıstan “Olimpiakos”unun baş məşqçisi Xose Miçel Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.

“Bizim üçün həlledici matçdır. Bunu paltardəyişmə otağında hiss etmək olur. Qələbə qazanmasaq, çətin olacaq” – deyə o bildirib.

Mütəxəssis “sabah akademiyanın oyunçularından kimlərsə meydana çıxacaq?” sualına belə cavab verib: “Mən həmişə bunu etməyə çalışmışam, son matçlarda da etmişəm. Lazım olarsa, onlardan istifadə edəcəyik”.

X.Miçel ilk görüşdə 0:3 hesablı məğlubiyyətə layiq olmadıqlarını söyləyib: “Nəticə oyuna görə deyildi. İlk qoldan sonra özümüzü itirdik və hesab belə oldu”.

Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” – “Olimpiakos” qarşılaşması saat 20:45-də başlayacaq.

Bənzər yazılar

Back to top button