Siyasət

Azərbaycan və Türkiyə Hərbi Dəniz Qüvvələri xüsusi təyinatlılarının birgə təlimləri başa çatıb

Türkiyədə Azərbaycan və Türkiyə Hərbi Dəniz Qüvvələri xüsusi təyinatlılarının birgə təlimləri başa çatıb. Təlimlər Marmaris yaxınlığında Aksaz dəniz bazasında keçirilib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, təlim zamanı iki ölkənin xüsusi təyinatlı bölmələri quru və dəniz taktikalarının işlənməsi, partlamamış döyüş sursatlarının və dəniz minalarının axtarışı və məhv edilməsi üzrə tapşırıqları icra ediblər. Birgə təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button