İqtisadiyyat

İTS əhalinin məmnunluq səviyyəsini ölçmək üçün sorğu keçirir – 59 min manata

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin keçirdiyi tender müsabiqəsinin qalibi “Azprice” MMC olub.

Yeniavaz.com xəbər verir ki, Agentlik sosioloji sorğunun keçirilməsi və alınan məlumatların təhlili xidmətlərinin satın alınmasına görə “Azprice” MMC-yə 59 min manat ödəyəcək.

Belə ki, sorğu Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərə dair əhalinin məmnunluq səviyyəsinin qiymətləndirilməsi məqsədilə keçiriləcək.

Məlumat üçün bildirək ki, sorğuya 14 inzibati ərazi vahidi üzrə (Binəqədi, Xəzər, Xətai, Qaradağ, Nizami, Nərimanov, Nəsimi, Pirallahı, Suraxanı, Sabunçu, Səbail, Yasamal və Abşeron rayonları, Sumqayıt şəhəri) əhalinin cəlb ediləcək. 14 inzibati ərazi vahidi üzrə əhali sayı 2 865 700 nəfər nəzərə alınmaqla respondentlərin təsadüfi seçim üsulu, reprezentativlik prinsipinə əsaslanaraq müəyyən ediləcəyi bildirilir.

Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan “Azprice” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov, ev 20, m. 3-də yerləşir. Şirkətin qanuni təmsilçisi Əliyev Bəxtiyar Əli oğludur.

Bənzər yazılar

Back to top button