İdman

Fransa nəhəngi baş məşqçisini qovur – Onu əvəzləyəcək mütəxəssis də bilinir

“Olimpik Lion” baş məşqçisi Fabio Qrossonu istefaya göndərmək qərarına gəlib.

Fanat.az xəbər verir ki, bu barədə “Lequipe” məlumat yayıb.

Mənbənin məlumatına görə, komandanın cari Fransa çempionatında uğursuz çıxışı rəhbərliyin səbr kasasını daşırıb.

“Toxucular” 12 turdan sonra cəmi yeddi xal toplayıb və sensasiyalı şəkildə turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. “Olimpik”in növbəti oyunu səfərdə “Lans”lə olacaq. Oyun şənbə günü, dekabrın 2-də baş tutacaq.

Fransa mətbuatı Qrossonu argentinalı mütəxəssis Xorxe Sampaolinin əvəzləyəcəyini iddia edir.

Bənzər yazılar

Back to top button