İdman

Ferqyuson MY rəhbərliyi ilə görüşüb yeni baş məşqçi təklif etdi – SON DURUM

“Mançester Yunayted” klubunun əfsanəsi ser Aleks Ferqyuson “qırmızı şeytanlar”ın baş məşqçisi postuna namizədini açıqlayıb.

Fanat.az xəbər verir ki, təcrübəli mütəxəssis klubun sahibi Cim Ratklifflə görüşərək ona Maurisio Poçettinonu dəvət etməyi məsləhət görüb.

İnformasiyanı “Hitc” yayıb.

Uğursuz mövsümdən sonra “Mançester Yunayted”də baş məşqçi dəyişikliyi gözlənilir. Baxmayaraq ki, rəhbərlik hələ Erik ten Haqın varisi ilə bağlı qərar verməyib.

Argentinalı mütəxəssis Poçettino ötən mövsümün sonunda Londonun “Çelsi” klubunun baş məşqçisi vəzifəsindən qovulub.

“Mançester Yunayted” İngiltərə Premyer Liqasında son mövsümü səkkizinci yerdə başa vurub.

Bənzər yazılar

Back to top button