Bizim seçimSiyasət

Blogerin azadlığa buraxılması tələb edilir

Demokratik Qüvvələrin Milli Şurası, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı, Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyaları bloger Mehman Hüseynova qarşı yeni cinayət işinin başlanmasını pisləyən bəyanatlarla çıxış edib.

Bəyanatlarlarda aclığı davam etdirən blogerə dəstək ifadə olunur, onun dərhal azadlığa buraxılması tələb edilir.

Milli Şura hakimiyyәtdәn Mehman Hüseynovu vә başqa siyasi mәhbusları yubanmadan azad etməsini, günahsız insanlara hәbsxanada tәkrar cinayәt işi quraşdırılaraq hәbs müddәtini artırmaq tendensiyasına son qoymasını tələb edir.

“Mehman Hüseynova yeni cinayәt işinin açılması ilk hadisә deyil. İlham Әliyev hakimiyyәti siyasi mәhbusları hәbs müddәtlәri bitәn әrәfәdә yenidәn şәrlәyәrәk tәkrar mühakimә etmәyin artıq әnәnәsini yaratmaqdadır. Mehman Hüseynova qәdәr siyasi mәhbuslardan Әli İnsanov, Mәmmәd İbrahim vә Telman Şirәliyev eyni münasibәtlә üzlәşib”, deyə sənəddə qeyd edilir.

Milli Şura hesab edir ki, blogerə qarşı yeni cinayət işinin qaldırılması onu ram edә bilmәdiklәrindən irəli gəlir.

“Hazırda Mehman Hüseynova tәzyiq edirlәr ki, hәbsdәn çıxandan sonra bloqçuluq fәaliyyәtini dayandıracağı haqda öhdәlik götürsün. Mehman Hüseynov isә bundan imtina edir. İlham Әliyev hökumәti bu gәnc bloqçunun onların korrupsiya әmәllәrini çәkib ifşa etmәsini bağışlamaq istәmir. Üstәlik Mehman Hüseynovun hәbsxanada da mәtin qalması, anasının ölümünә görә İlham Әliyev başda olmaqla, rejimi ittiham etmәsi hakimiyyәti ona qarşı daha da aqressivlәşdirib”.

Milli Şura beynәlxalq birliyi Azәrbaycan hakimiyyәtinin bu yeni repressiv hәrәkәtinә seyrçi qalmamağa, onu durdurmaq, siyasi mәhbusların azadlığına nail olmaq üçün ünvanlı sanksiyalar da daxil olmaqla, konkret tәsirli tәzyiq vasitәlәrinә әl atmağa çağırır.

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı bildirir ki, hazırda həbsxanada aclıq keçirən Mehman Hüseynovun sağlamlığına görə məsuliyyəti Azərbaycan hakimiyyəti daşıyır.

“ADR Hərəkatı hakimiyyəti tanınmış blogerin üzərindən uydurma ittihamı götürməyə və onu azad etməyə çağırır”, deyə sənəddə bildirilir.

Müsavat Partiyası blogerə qarşı qanunsuzluqlara dərhal son qoyulmasını tələb etməklə yanaşı, xatırladır ki, ölkədə hüquqi dövlətin qurulacağı, hər kəsin törətdiyi əmələ görə qanun qarşısında cavab verəcəyi gün uzaqda deyil.

“Müsavat Partiyası siyasi hakimiyyətdən Konstitusiya və qanunlara, insanların fundamental hüquqlarına hörmətlə yanaşmağı, eyni zamanda Mehman Hüseynov və digər siyasi məhbusların dərhal azadlığa buraxılmasını tələb edir”, deyə Partiyanın bəyanatında qeyd edilir.

AXCP sədri Əli Kərimli cəmiyyəti Mehman Hüsenyovu bu, çətin məqamda tək qoymamamağa çağırır.

“Bütövlükdə cəmiyyət olaraq onunla həmrəy olduğumuzu ən müxtəlif formalarda ifadə edək, deyə o qeyd edir. (Turan.az)

Bənzər yazılar

Back to top button