İdman

Joze Mourinyo ilə bağlı şok iddia

Joze Mourinyo ilə bağlı gözlənilməz iddia səslənib.

Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssisin gələn mövsüm “Seltik”i çalışdıra biləcəyi iddia olunub.

Belə ki, Şotlandiyada fəaliyyət göstərən bir futbol kantoru Mourinyonu “Seltik”in baş məşqçi postuna namizəd göstərib. Əvvəlcə bu təyinat üçün 1,66 əmsal müəyyənləşdirən kantor daha sonra onu 1,14-ə endirib. Bu isə Mourinyonun “Seltik”ə keçmək ehtimalının artması deməkdi.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Qeyd edək ki, bir müddət əvvəl Mourinyo “Seltik”lə bağlı açıqlama vermişdi. Brendan Rocersin “Lester”ə getmək üçün “Seltik”dən ayrılması ilə bağlı danışan portuqaliyalı mütəxəssis “Məncə Brendanın “Lester” üçün “Seltik”dən ayrılması sürpriz deyil. “Seltik” bir dünya nəhəngidi, amma qarşı tərəf də Premyer Liqadı. Bu səbəbdən Brendanın ayrılması məni təəccübləndirmədi” demişdi.

Mourinyo “Brendanın yerində siz olsaydınız, hansı qərarı verərdiniz” sualına belə cavab vermişdi: “Brendanın yerində olsam “Lester”ə “Sizə gəlmək istəyirəm, amma indi deyil. Öncə “Seltik”də mövsümü bitirib, Şotlandiya çempionu olmaq istəyirəm. Gələn mövsüm sizə gələrəm” cavabını verərdim”.

Bənzər yazılar

Back to top button