Dünya

İran rus jurnalistin həbs səbəbini açıqladı

İran rusiyalı jurnalist Yuliya Yuzikin saxlanılma səbəbini açıqlayıb.

Qaynarinfo İzvestiya.ru-ya istinadən xəbər verir ki, məsələ ilə bağlı İranın hökumət sözçüsü Əli Rabiyə açıqlama verib. Onun sözlərinə görə, Y.Yuzik casusluqda ittiham edilmir, viza problemi ilə əlaqədar saxlanılıb.

Qeyd edək ki, Yuliya Yuzikin pasportu 29 sentyabrda Tehranda əlindən alınıb. 2 oktyabrda İran İslam İnqilabı Keşikçiləri Korpusunun hərbçiləri jurnalisti həbs edib. Mediada Yuzikin İsrail üçün casusluq etməkdə ittiham edilməsi ilə bağlı xəbərlər dərc olunmuşdu.

Bənzər yazılar

Back to top button