AnalitikaBizim seçimGündəmİqtisadiyyat

Sumqayıt icra başçısının biznes imperiyası (SİYAHI)

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun biznesi ilə bağlı jurnalist Həbib Müntəzir məlumat paylaşıb.

AzToday.az xəbər verir ki, jurnalist Zakir Fərəcova məxsus olduğu iddia olunan biznes obyektləri aşağıdakı kimi təsnifləşdirilib:

“Zakir Fərəcov Sumqayıta gələndən rəsmi sərəncamlarla 50 milyondan çox vəsait ayrılıb. Halbuki bu qədər pula, yeni şəhər salmaq olardı. Bəs bu qədər pul haralara gedib, kimin və kimlərin ciblərinə axıb? Buyurun, Fərəcovlar ailəsinin biznes imperiyası ilə tanış olun:

RESTORAN və OBYEKTLƏR

– Sumqayıtda “Şahənə” şadıq sarayı
– Novxanıda dəniz kənarında “Kalyon” restoranı
– Yeni Bulvar ərazisində “Dəniz”restoranı
– Sumqayıtın girişində OS- OİL
– Sumqayıtda “İST” petrol (50% onundur)
– Sumqayıtda “Səda Store”
– 13-cü mikr-da “Qold Qayalı” super ticarət şəbəkəsi
– Sumqayıt bulvarına bitişik yaşayış massivi
– Kuşadasında “Norf” adı altında “Bistro” kafesi, sushi və balıq restoranı
– Sumqayıtın 44-cü məhəlləsində “NORF” adlı şirəli içkilər istehsalı
– Türkiyədə eyni, NORF markalı içkilərin istehsalı

MƏNZİL və VİLLALAR

▪️Qurd dərəsi və Novxanı bağlarında 6 villası
▪️Corat kəndində 1 villası
▪️İzmirin Kuşadasında villası
▪️Sumqayıt 29-cu MƏH., ev 17/18, mən 6 ünvanında mənzil
▪️Binəqədi rayonu, Musabəyov küç. 20 ünvanında mənzil
▪️Sumqayıtın 21-ci mikrorayonunda qızlarına məxsus 3 villa
▪️Novxanıda hektarlarla bağ sahəsi
▪️Zakir həm də tikinti maqnatıdır. Saray kəndi ilə Sumqayıt körpüsünə qədər olan yeni yaşayış massivi onundur.

ŞİRKƏTLƏR

– “Əsnayə MMC“ şirkəti (kürəkəni Əkrəmindir)
– “LC-2008 MMC“ şirkəti (kürəkəni Müşviqindir)
– “RAMİL-2000“ Fərdi Firması (kürəkəni Müşviqindir)
– “Ruslan-S” tikinti şirkəti (qardaşı oğlunundur)

Qeyd: Əslində İradə Gülməmmədovaya aid edilən biznesin 90% Zakir Fərəcova məxsusdur.

QOHUMLUQLAR:

♦️Qardaşı millət vəkili Nazim Fərəcov
♦️Oğlu Nizami rayon prokurorunun müavini Pərvin Fərəcov
♦️Bacısı oğlu Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin işçisi Elgiz Fərəcov
♦️Bacısı oğlu Abşeron Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Məhəmməd Həsənov
♦️Qudası Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə
♦️Qudası Ərazi maliyyə müfəttişliyinin rəisi Akif Zeynallı
♦️Kürəkəni İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı
♦️Qudası Sumqayıt Şəhər icra hakimiyyətinin Corat qəsəbəsi üzrə nümayəndəsi Cəmil Quliyev
♦️Kürəkəni 3 saylı Mənzil İstismar Sahəsinin rəisi Müşviq Quliyev
♦️Qardaşının qudası Karvan” Ticarət Mərkəzinin sahibi Ağamirzə Əhədov

Bunlar Sumqayıt icra hakimiyyətindəki mənbələrə istinadən sadəcə mənə məlum olanlardır. Zakir Fərəcovun daşınmaz əmlakı, ticarət şəbəkələri, restoran, şadlıq sarayları, özünə və övladlarına aid villalar, gizli şirə istehsalı müəsisələri, torpaq sahələri, mağazalar şəbəkəsi siyahıda olanlarla yekunlaşmır”.

Bənzər yazılar

Back to top button