Cəmiyyət

Rəhim Qazıyevin keçmiş kürəkəni tutulub

Sabiq Müdafiə naziri Rəhim Qazıyevi döyən keçmiş kürəkəni tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov məlumat verib.

Onun sözlərinə görə, ötən gün Yasamal rayonu ərazisində Rəhim Qazıyev keçmiş kürəkəni Əzizov Ramil Rafiq oğlu tərəfindən döyülüb. Hadisə yerinə dərhal polis əməkdaşları gedib və Ramil Əzizov saxlanılıb.

Faktla bağlı Yasamal rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.(apa)

Bənzər yazılar

Back to top button