Dünya

“Müsəlman kişilər terrorçudur” – Avropa şirkətindən açıqlama

Almaniyada 8 nəfərin öldüyü irqçi hücumdan sonra “Ryanair” aviasiya şirkətinin baş direktoru Maykl Oleri verdiyi açıqlama ilə diqqət çəkib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, o, əsasən müsəlman kişilərin terrorçu olma ehtimalının daha yüksək olduğunu deyib. Hava limanlarında mövcud təhlükəsizlik siyasətini tənqid edən Oleri bildirib ki, 30 il əvvəl potensial terrorçular irlandiyalılar idisə, bu gün müsəlman olan kişilərdir.

Şirkət rəhbərinin bu açıqlaması isə ölkədəki müsəlmanların etirazına səbəb olub. İngiltərə Müsəlman Şurasının açıqlamasında bu ifadələrin irqçi olduğu qeyd edilərək, iş adamının islamfobiya nümunəsi sərgilədiyi bildirilib.

Bənzər yazılar

Back to top button