Dünya

Ərdoğanı koronavirusdan termal kamera qoruyurlar – (VIDEO)

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın AKP-nin parlamentdə keçirilən qrup toplantısında çıxışından sonra maraqlı an yaşanıb.

Ərdoğan millət vəkilləri ilə söhbət edərkən bir neçə nəfərdən ibarət heyət termal kamera ilə dövlət başçısının ətrafındakı insanları izləyib.

Bildirilir ki, temperaturu 36 dərəcəni keçən hər hansı şəxs aşkarlanmayıb.

Qeyd olunur ki, Türkiyə Böyük Millət Məclisində (TBMM) ilk dəfə tətbiq edilən bu tədbir davamlı olacaq.

Bu məqamda bildirək ki, martın 11-də Türkiyədə koronavirusa ilk yoluxma faktı qeydə alınıb. Xəstənin Avropa səfərindən qayıdan Türkiyə vətəndaşı olduğu müəyyənləşib.

Ərdoğan AKP-nin TBMM-dəki çıxışında “COVİD-19”a yoluxan şəxs barədə bunları deyib: “Müayinələr nəticəsində Avropadan gələn vətəndaşlarımızdan birində koronavirus aşkarlanıb. Vəziyyəti yaxşı olan bu vətəndaşın müalicəsi hələ də davam edir. Hazırda ailəsi və yaxın dostları nəzarət altındadır”.(qafqazinfo)

Bənzər yazılar

Back to top button