Dünya

Bu avropa ölkəsi miqrantları deportasiya edəcək

“Bundan sonra şəxsiyyət vəsiqələrini göstərmək istəməyənlərin mühacir və qaçqın düşərgələrimizdən istifadə etmələrinə icazə verilməyəcək. Birbaşa həbsxanaya göndəriləcəklər. Onları 1 ildən 5 beş ilə qədər həbsdə saxlayacağıq. Bu yeni qanun üçün təklifimizdir”.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bunu Bosniya və Herseqovinanın müdafiə naziri Fahrudin Radonçiç deyib. O, Kovid-19 pandemiyasının genişlənməsi üçün potensial təhdid və iqtisadi yük olduğunu iddia edərək Balkan ölkələrindən gələn miqrantların deportasiya edilməsini təklif edib. Bildirib ki, pasport və ya digər sənədlərini təqdim etməyənlərin yeri düşərgələr deyil, həbsxanadır.

“Miqrantlardan getmək istəmələri barədə yazılı razılıq alacağıq. Beləliklə, ölkələrinin Sarayevadakı diplomatik nümayəndələri ilə danışıqlara başlaya bilərik. Bu onların deportasiya uçuşları üçün maliyyə vəsaiti almağımızı təmin edəcək. Bosniyanın müdafiə Nazirliyi bu şəkildə daha az xərclə hədəfə çatmaq istəyir. İlkin mərhələdə 8-9 min insana baxmaq yükündən azad olmaq niyyətindəyik. Xüsusən də mövcud pandemiya şəraitində, 50-60 min bosniyalının işsiz qaldığı bir vaxtda onlara kpmək edə bilmirik. Həmçinin sərhədlər açıldıqdan sonra yeni miqrant axınının qarşısını almaq istəyirik”

Bənzər yazılar

Back to top button