İdman

Azərbaycan Milli Olimpiya Komitəsinə ödəniləcək vəsaitin məbləği artırıldı

Beynəlxalq Olimpiya Komitəsi (IOC) Tokio-2020 Yay Olimpiya Oyunlarında iştiraka hazırlıq məqsədilə Milli Olimpiya komitələrinə ayrılan vəsaitin məbləğini 10,3 milyon ABŞ dolları artırıb.

“Report” IOC-un rəsmi saytına istinadən xəbər verir ki, olimpiadanın təxirə salınması ilə əlaqədar subsidiyaların miqdarı 46,7 milyon ABŞ dollarından 57 milyon dollara yüksəldilib.

Bildirilib ki, ödənişlər xüsusi ərizə əsasında veriəcək. Vəsait nəqliyyat, yaşayış, ezamiyyət və əməliyyat xərclərini qarşılamağa yönəldiləcək.

IOC həmçinin Milli Olimpiya komitələrinin rəhbərliyində 4 ildən bir keçirilən seçkilərin təxirə salına biləcəyi ilə bağlı qərar qəbul edib.

Qeyd edək ki, bu il 24 iyul – 9 avqustda keçirilməsi nəzərdə tutulan Tokio olimpiadası pandemiya səbəbindən 2021-ci ilə təxirə salınıb. Gələn yay iyulun 23-də start götürəcək yarış avqustun 8-dək davam edəcək.

Bənzər yazılar

Back to top button