Hadisə

Sabah Bakıda bəzi yollarda hərəkət məhdudlaşdırılacaq (Rəsmi)

Mayın 20-dən etibarən Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsində təmir-tikinti işlərinə start verilir. Təmir işləri aparılan müddət ərzində sözügedən küçədə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

Bu barədə məlumatı “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi yayıb.

“Sürücülərdən sözügedən küçə ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik”, – deyə məlumatda bildirilir.

Bənzər yazılar

Back to top button