AQTİ 12 min manata saytını yeniləyir

Sep 7, 2024 - 09:23
 0
AQTİ 12 min manata saytını yeniləyir

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) keçirdiyi tender müsabiqəsinin qalibi bəlli olub.

Yeniavaz.com xəbər verir ki, AQTİ-nin 12 min manat 60 qəpik dəyərindəki tenderini “Professional İT” MMC (VÖEN - 1401724481) udub.

Şirkət sözügedən məbləğ qarşılığında AQTİ-yə məxsus “afsi.gov.az” veb saytının yenidən qurulması, modulların hazırlanması və bir illik texniki dəstək xidmətini göstərəcək.

Qeyd edək ki, nizamnamə kapitalı 10 manat “Professional İT” MMC -nin qanuni təmsilçisi Anoxina İradə Vaqif qızıdır. İradə Anoxina eyni zamanda “Alimok” MMC-nin qanuni təmsilçisi və “Finans Lizinq” ASC-nin Audit komitəsinin üzvü olub.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow