Bakıda NATO strateji kommunikasiyaları üzrə kurs keçirilib

Sep 12, 2024 - 16:12
 0
Bakıda NATO strateji kommunikasiyaları üzrə kurs keçirilib

Azərbaycan Müdafiə Nazirliyi və NATO-nun Brunssum Birgə Qüvvələr Komandanlığının təşkilatçılığı, Medianın İnkişafı Agentliyinin dəstəyi ilə Bakıda strateji kommunikasiyalar mövzusunda kurs keçirilib. Kursda dövlət qurumlarının nümayəndələri iştirak ediblər, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

İştirakçılara Müdafiə Nazirliyinin kommunikasiya strategiyası təqdim olunub.

Həmçinin NATO-da strateji kommunikasiyanın təşkili və hərbi-ictimai əlaqələrin qurulması mövzusunda brifinqlər keçirilib.

İştirakçılar Müdafiə Nazirliyinin nəşriyyat, multimedia və redaksiya  fəaliyyəti ilə tanış olub, müvafiq tapşırıqları yerinə yetiriblər. (Turan)

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow