"Çelsi"nin hücumçusu Yunanıstan klubu ilə anlaşdı - SON DURUM

Sep 11, 2024 - 22:49
 0
"Çelsi"nin hücumçusu Yunanıstan klubu ilə anlaşdı - SON DURUM

"Çelsi"nin hücumçusu David Datro Fofana kareyrasını Yunanıstanda davam etdirəcək.

Fanat.az xəbər verir ki, məlumatı tanınmış insayder Fabritsio Romano yayıb.

Sözügedən ölkədə transfer pəncərəsinin açıq olmasından istifadə edən AEK Fil Dişi Sahilindən olan futbolçunun keçidiylə bağlı London klubu ilə razılığa gəlib.

Yunanların hücumçunu 20 milyon funt-sterlinqlik satınalma müddəasını da əhatə edən bir mövsümlük icarə müqaviləsi imzalayacağı bildirilir. 21 yaşlı futbolçu da Yunanıstan klubuna keçməyə razılaşıb.

Onu da əlavə edək ki, David Datro Fofana ötən mövsüm 32 oyuna çıxıb, burada 6 qol vurub və 2 məhsuldar ötürmə edib.

Xatırladaq ki, sözügedən futbolçu "Çelsi"yə ötən ilin yanvarında 12 milyon avro qarşılığında "Molde"dən tranfer olunub.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow