Əsəd Türkiyə ilə dialoqdan imtina etdi – KİV

Aug 26, 2024 - 15:51
 0
Əsəd Türkiyə ilə dialoqdan imtina etdi – KİV

“Suriya-Türkiyə münasibətləri bu münasibətlərin pozulmasının əsas səbəblərini həll etmədən bərpa edilə bilməz”.

Yeniavaz.com SANA agentliyinə istinadla xəbər verir ki, bu sözləri Suriya Prezidenti Bəşər Əsəd parlamentin yeni çağırış üzvləri qarşısında çıxışı zamanı deyib.

“Mövcud qlobal böhran şəraitində Türkiyə ilə münasibətlərin bərpası kontekstində bizə təklif olunan bütün təşəbbüsləri mümkün qədər tez və müsbət şəkildə nəzərdən keçirməyə çalışdıq. Ancaq Suriya-Türkiyə münasibətlərini bu münasibətlərin pozulmasının əsas səbəblərini həll etmədən bərpa etmək mümkün deyil”, - Suriya Prezidenti deyib.

Eyni zamanda Əsəd qeyd edib ki, Dəməşq və Ankara arasında normallaşma ilə bağlı təşəbbüslər Rusiya, İran və İraqdan gəlib.

Suriya lideri həmçinin əlavə edib ki, bu danışıqlarda Dəməşq üçün təməl daşı Türkiyənin Suriya ərazisindən çıxmasıdır.

Qeyd edək ki, iyunun 28-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dəməşqlə 2012-ci ildə kəsilmiş diplomatik münasibətləri bərpa etməyə hazır olduğunu bəyan edib. İyulun 12-də o, xarici işlər naziri Hakan Fidana həmkarları ilə görüşməyi və normallaşma prosesi üçün yol xəritəsi hazırlamağı tapşırdığını deyib. Eyni zamanda Ərdoğan Suriyanın ərazi bütövlüyünün Türkiyənin maraqlarına cavab verdiyini vurğulayıb.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow