“Telegram” Fransa polisi ilə əməkdaşlığa başladı

Sep 13, 2024 - 11:16
 0
“Telegram” Fransa polisi ilə əməkdaşlığa başladı

“Telegram” messenceri Fransa milli polisi və jandarması ilə əməkdaşlığa başlayıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Fransanın “Liberation” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, “Telegram” polis və jandarmanın tələbi ilə bir neçə cinayət işi üzrə şübhəli şəxslərin müəyyən edilməsinə imkan verən məlumatları təqdim edib.

Milli Prokurorluğun Kibercinayətkarlıqla Mübarizə Departamentinin rəhbəri Joanna Bruss messencerin hüquq-mühafizə orqanları ilə daha fəal əlaqə qurduğunu təsdiqləyib.

Belçika federal prokurorluğu da “Telegram”ın əməkdaşlığı barədə məlumat yayıb .

Qeyd edək ki, avqustun 24-də “Telegram”ın yaradıcısı Pavel Durov Fransanın “Le Burje” hava limanında saxlanılıb . O, qanunsuz əməliyyatlar üçün onlayn platformanın idarə edilməsi də daxil olmaqla altı cinayətdə ittiham olunub. “Telegram”ın təsisçisi 5 milyon avro girov müqabilində zaminə buraxılıb və ona Fransanı tərk etmək qadağan edilib.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow