Ronaldu karyerasını niyə bitirmək istəmir? - Özü açıqladı

Sep 13, 2024 - 11:18
 0
Ronaldu karyerasını niyə bitirmək istəmir? - Özü açıqladı

Gələn il 40 yaşı tamam olacaq dünya futbol ulduzu Kriştianu Ronaldu futbolçu karyerasını başa vurduqdan sonra nələri itirəcəyindən danışıb.

Fanat.az xəbər verir ki, "YouTube" üzərindən yayımlanan "Rio Ferdinand Presents" kanalına danışan portuqaliyalı bu barədə belə deyib:

“Qol vurduqdan sonrakı həyəcan və adrenalin hissi üçün darıxacağam. Çünki gündəlik həyatda da belə anların verdiyi motivasiya ilə özümü idarə edə bilirəm. İndi məni gözəl insanlar əhatə edir, uğurlu biznesim var, hər şeyi bəyənirəm”.

Xatırladaq ki, Ronaldu Səudiyyə Ərəbistanının “Əl-Nasr” komandasında çıxış edir. Onun hazırki müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow