Fazil Alməmmədov işçini işdən qanunsuz çıxarıb?

Aug 29, 2024 - 18:10
 0
Fazil Alməmmədov işçini işdən qanunsuz çıxarıb?

Nərimanov Tibb Mərkəzinin baş direktoru Fazil Alməmmədov Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən cərimələnib. 

Qaynarinfo xəbər verir ki, qurum baş direktora İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə cərimə yazıb. 

Bu maddə işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi ilə bağlıdır. 

Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Fazil Alməmmədov qərarla bağlı məhkəməyə şikayət verib. Onun şikayətinə Nərimanov Rayon Məhkəməsində baxılacaq. Xalidə Əlisoy iş üzrə hakim təyin edilib. 

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow