“Paşa Holdinq”ə bağlı məşhur şirkət “Mazarina”nı məhkəməyə verib

Aug 29, 2024 - 18:09
 0
“Paşa Holdinq”ə bağlı məşhur şirkət “Mazarina”nı məhkəməyə verib

Aktivlərinə görə ölkənin ən böyük şirkəti olan “Paşa Holdinq”ə bağlı “Competo” MMC (VÖEN- 1404106781) distribütor və logistika bazarının ən böyük operatorlarından biri olan “Mazarina Trade Company” MMC barəsində məhkəmə iddiası qaldırıb.

Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın icraatına verilib.

Bildirilir ki, məhkəmə iddiası müqavilədən əmələ gələn öhdəliklər üzrə mübahisələrlə bağlı qaldırılıb.

Məlumat üçün qeyd edək ki, “Competo” MMC 9 fevral 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı “Paşa Holdinq” ilə eyni ünvanda – Nəsimi rayonu, Neftçilər pr., ev 153-də yerləşir. Qanuni təmsilçisi Qulaməliyev Rauf İlham oğludur. “Paşa Holdinq”dən verilən məlumatda “Competo” MMC-nin idarəedici biznes-komandasının pərakəndə satış və bank sahələri üzrə Belarus, Rusiya və Ukraynanın maliyyə və rəqəmsal məhsul bazarlarında böyük təcrübəyə malik əcnəbi mütəxəssislərdən təşkil olunduğu qeyd olunub.

“Competo” şirkəti Azərbaycanda “Umico” mobil tətbiqi ilə tanınır. “Umico.az” onlayn alış-veriş platformu da “Competo” MMC-yə məxsusdur.

“Competo” MMC-nin məhkəməyə verdiyi “Mazarina Trade Company” MMC-nin rəsmi saytında qeyd olunur ki, 1998-ci ildə yaradılan “Mazarina” MMC Azərbaycanın aparıcı istehsalçılarından biri olan “Gəncə Şərab-2” ASC ilə birlikdə şərab və digər spirtli məhsulların istehsalı və satışına başlayıb. 2017-ci ildə “Mazarina” MMC “Mazarina Trade Company” MMC adlandırılıb.

Onu da qeyd edək ki, Dövlət Vergi Xidmətinin yenilənmiş “Kommersiya qurumlarının dövlət reyestri məlumatları”nda “Mazarina Trade Company” MMC barəsində məlumatlar mövcud deyil.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow