FHN-nin "tender kralı" - Bu dəfə 477 min manat ödəniləcək

Aug 27, 2024 - 20:35
 0
FHN-nin "tender kralı" - Bu dəfə 477 min manat ödəniləcək

Səbail rayonu, Bayıl qəsəbəsi, Aydın Məmmədov küçəsinin Əlibəyov qardaşarı küçəsi ilə kəsişməsində və Tofiq Bağırov küçəsində mövcud istinad divarlarında bərpa-gücləndirmə işləri aparılacaq. 

Qaynarinfo xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdriyyəti bununla bağlı tenderə yekun vurub. 

Tenderin qalibi "Təməl Tikinti" MMC seçilib. Bərpa-gücləndirmə işləri 477 526,71 manata başa gələcək. 

"Təməl Tikinti" MMC 2020-ci ildə təsis edilib. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Binəqədi rayonu, Adil Məmmədov 9 mkr, ev 11, m. 83-də yerləşir. MMC-nin qanuni təmsilçisi Abdullayev Bəylər Tanırverdi oğludur. 

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir. 

Araşdırmalarımız zamanı məlum olub ki, bu şirkət əsasən FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdriyyətinin tenderlərinin qalibi olur. 

Ötən il "Təməl Tikinti" MMC sözügedən qurumun 6 tenderinin, 2022-ci ildə isə 3 tenderinin qalibi seçilib. Bu tenderlər üzrə satınalma müqavilələrin ümumi maliyyə dəyəri 1 853 090,66 manatdır. 

Tenderlər müxtəlif rayonlarda fərdi evlərin tikintisi ilə bağlı elan edilib. 

Beləliklə, "Təməl Tikinti" MMC fəaliyyət göstərdiyi 4 il ərzində "tender kralı"na çevrilib. 

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow